Yatmış zond bu gecə oyanacaq – VİDEO

  20 Yanvar 2014    Oxunub : 488
Yatmış zond bu gecə oyanacaq – VİDEO
Planetlərarası tədqiqat zondu olan “Rozetta” bu axşam “yuxu” (hibernasiya) rejimindən çıxaraq, aktiv hala gələcək. Bundan sonra zond Çuryumov-Gersimenko kometinin öyrənilməsinə başlayacaq.
“Rozetta” təxminən 10 il qabaq - 2004-cü ilin martında kosmosa göndərilmişdi. Günəşin ətrafında mürəkkəb trayektoriya ilə hərəkət edərək, aparat tədricən Yupiterin orbitinə yaxınlaşırdı.

2010-cu ilin iyulunda aparat 120 kilometr diametri olan “Lütesiya” asteroidinin 3200 kilometrliyindən keçmişdi. Nəticədə “Lütesiya” bəşəriyyətin ən yaxından gördüyü asteroid oldu.

“Rozetta”nın çəkdiyi “Lütesiya” asteroidi:



2011-ci ilin 8 iyunundan aparat hubernasiya (“yuxu”) rejimində idi: cihazların çoxu söndürülmüşdü, yalnız bort kompüteri və qızdırıcı elementlər işləyirdilər. Bu müddətdə aparatla əlaqə mümkün deyildi. Amma kosmosun dərinliklərinə getməyin ayrı yolu da yoxdur.

Aparat oyanandan sonra Yerə siqnal göndərəcək. “Biiip” şəklində olan siqnal Bakı vaxtilə 22:30-dan sonra gözlənilir.

Noyabr ayında zond Çuryumov-Gersimenko kometinin üzərinə enəcək və tədqiqatlara başlayacaq. Bu tədqiqatların nəticəsində Günəş sistemi haqqında biliklərin xeyli artacağı gözlənilir.

AzVision.az



“Rozetta”-nın komet ətrafında hərəkəti belə olacaq:


Teqlər: