Ramiz Əzizbəyli: “Heç kimi görmək istəmirəm”

  Ramiz Əzizbəyli:  “Heç kimi görmək istəmirəm”
  20 İyul 2020    Oxunub:7746
Bu gün tanınmış rejissor və aktyor Ramiz Əzizbəylinin doğum günüdür. Xalq artisti 72 yaşını qeyd edir.

Azvision.az -ın əməkdaşı hazırda yataq xəstəsi olan sənətkarla əlaqə saxlayaraq, doğum günü ilə bağlı təəssüratlarını öyrənib.
- Doğum günü münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu özəl gündə sizi arayıb axtaran, yada salan oldumu?

- İlk kimin təbrik etdiyini unutmuşam, xeyli adam zəng etmişdi, telefonu yerə qoymuram. Hamısının qadasını alım.

- Belə bir gündə kimləri yanınızda görmək istərdiniz?

- Heç kimi görmək istəmirəm. Çünki ayağım kəsilib, hərəkət edə bilmirəm, yanıma da gələn yoxdur. Telefonla zəng edirlər, bəsimdir. Heç doğum günümü də qeyd etməyəcəm. Ölməsəm, sağ qalsam, 75 illik yubileyimi keçirərəm. Ağlıma gətirməzdim ki, yeni yaşım pandemiya dövrünə düşəcək. Başıma gəldi, ağlıma yox.

Tovuzda ermənilərin törətdiyi təxribatlarla bağlı baş verənləri izləyirəm, əsəbimdən yerə -göyə sığmıram. Allah ordumuza qüvvət versin.

- Deyirlər, yaş kişinin var-dövlətidir. Siz nə düşünürsünüz bu barədə?

- Mən yaş baxımından deyil, bacarıqlarıma görə varlı hesab oluna bilərəm. Rejissor və aktyorluqdan başqa, şairliyim və rəssamlığım da var.

- Özünüzə bu gün hesabat verib nə qənaətə gəldiniz?

- Nə qənaətə gəlim, qocalıram da. Özümə ancaq can sağlığı, uzun ömür, xoş günlər arzulayıram. Bu müharibə inşallah qurtrasın.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: RamizƏzizbəyli   Doğumgünü  





Xəbər lenti