Kompüter aləmində yeni ixtira

Kompüter aləmində yeni ixtira
  19 Yanvar 2014    Oxunub:1725
AzVision.az Computerworld-a istinadən xəbər verir ki, “Nature Communications” tədqiqat qrupu dünyanın ən sürətli nazikqatlı üzvi tranzistorlarının (organic thin-film transistors - OTFTs) hazırlanmasını bəyan edib. Alimlərin qiymətləndirməsinə görə, bu tranzistorların istehsalı silisium tranzistorlarla müqayisədə daha ucuz başa gələcək.

Daha bir üstünlük isə üzvi tranzistorların şəffaf olmasındadır. İndiyədək bu elementlərin sürətinə görə silisium tranzistorlarla müqayisəsi qeyri-mümkün olub, lakin Stenford və Nebraska-Linkoln universitetlərinin alimləri bu sahədə böyük uğura nail olublar. Belə ki, onların icad etdikləri üzvi tranzistorlar sürətin dəyişməsinə görə silisium tranzistorlarla müqayisə oluna bilər.

Üzvi tranzistorlar plastik karbon məhlulun sürətlə dövr edən şüşə lövhənin üzərinə damcılanması vasitəsilə hazırlanır. Mütəxəssislər dövretmənin sürətləndirilməsi və lövhənin qismən əhatə olunması ilə bu prosesi tamamlayıblar. Onların sözlərinə görə, bunun sayəsində məhlul molekullarının bərabər və sıx paylanmasına nail olunub ki, nəticədə əldə edilən tranzistorlarda cərəyan daşıyıcılarının sürəti artıb. Tərtibatçıların fikrincə, zaman keçdikcə bu texnologiya ucuz şəffaf elektronikanın istehsalına imkan verəcək.


Teqlər:  





Xəbər lenti