"Qarabağ" ilə qələbəylə başladı

"Qarabağ" ilə qələbəylə başladı
  19 Yanvar 2014    Oxunub:1435
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün ilk yoxlama matçına çıxıb.

AzVision.az Qol.Az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası Rumıniyanın "Dinamo" (Buxarest) klubu ilə qarşılaşıb.

Görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Rumıniyanın yüksək liqa təmsilçisi olan "Dinamo" hazırda turnir cədvəlində beşinci pillədə qərarlaşıb.

Ağdam təmsilçisinin digər yoxlama oyunları yanvarın 22, 23 və 25-də baş tutacaq.


Teqlər:





Xəbər lenti