Şirvanda mənzildən meyit tapıldı

Şirvanda mənzildən meyit tapıldı
  16 İyul 2020    Oxunub:4493
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şirvan şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Əhmədov Daşqın Balabəy oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Mənzil   Meyit  





Xəbər lenti