Dondar Quşçuya atılan top mərmisinin qalıqları tapılıb

Dondar Quşçuya atılan top mərmisinin qalıqları tapılıb
  15 İyul 2020    Oxunub:4214
Bu gün saat 13:14-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində bağ sahəsinə mərminin düşməsi barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış top mərmisinin qalıqları aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamış mərminin ətrafında 400 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az


Teqlər: ANAMA   Tovuz  





Xəbər lenti