AQTA əməkdaşları 217 müəssisədə reyd keçirib

  15 İyul 2020    Oxunub : 2428
AQTA əməkdaşları 217 müəssisədə reyd keçirib
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən 14 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 39 ictimai iaşə obyekti, 178 ərzaq satışı mağazası olmaqla ümumilikdə 217 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 94-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:
“Spar” (Sabunçu rayonu), “Nəzrin”, “Mircivan”, “025”, “Dörd yol”, “Sərfəli” marketlər, Namazova Limuzər Hacı qızına, Əkbərov Nazim Əkbər oğluna, Abuzərov Şamo Məmmədağa oğluna, Bayramov Əhməd Tofiq oğluna, Əliyev Nizami Surxay oğluna, Vəliyev Elnur Arif oğluna, Zeynalov Xəqani Rafiq oğluna və Əliyev Sahib Xanməmməd oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonu, Novxanı kəndində “Araz supermarket” və “AS Araz” marketlər
Qusar rayonunda Süleymanov Süleyman Rahib oğluna məxsus market, Əlimətov Əlimət Ağabala oğluna məxsus kafe, “Edelveys” restoranı
Quba rayonunda Məmmədov Çingiz Cəlal oğluna, Ağaverdiyev Ceyhun Cavid oğluna, Hacıyev Anar Məmmədpaşa oğluna məxsus kafelər, Paşayev Sərxan Bayramqulu oğluna məxsus market
Şabran rayonunda Məhərrəmov Ruslan Əlövsət oğluna, İsmayılov Emin Sədrəddin oğluna məxsus marketlər, İsmayılov Sədrəddin İsmayıl oğluna məxsus dönərxana (fəaliyyəti məhdudlaşdırılmışdır), “Ləzzət” dönər evi, “Sahil”, “Bulaq” və “Qala” restoranları
İsmayıllı rayonunda “Səma”, “Narnia”, “Cənnət bulağı” restoranları, “Relax” kafe və Abdullayev Ağarəhim Ağadadaş oğluna məxsus yeməkxana
Şamaxı rayonunda Mustafayev Elşən Gülpaşa oğluna, Dəmirov Cəllad Cəlil oğluna, Fətəliyev Xəqani Gülbəsər oğluna, İmanov Əli Xosrov oğluna, Manafov Ağasəfər Ağacəfər oğluna və Abdulrahmanov Alxas Mirbaba oğluna məxsus yeməkxanalar, “Ata yurdu”, “Vasif”, “Valeh məkan”, “Rövşən”, “Retro” və “555” kafelər, Xəlilov Salman Əliəvəz oğluna məxsus kafe, “Zəm zəm” restoranı
Hacıqabul rayonunda Rəhimov Şikar Ağali oğluna, Rəhimov Mübariz Musa oğluna və İsmayılov Arif İsmayıl oğluna məxsus ərzaq mağazaları, Səlimov Sabir Tofiq oğluna və Rüstəmov Mikayıl İsmayıl oğluna məxsus kafelər
◾ Şirvan şəhərində Əhmədov Şahin İrəvan oğluna məxsus kafe
Sabirabad rayonunda Məmmədov Vidadi Razi oğluna və Nəcəfov Aqil Qəhrəman oğluna məxsus kafelər
Saatlı rayonunda Əşrəfov Uğur Rasim oğluna məxsus kafe və Osmanov Nadir Vəzir oğluna məxsus ərzaq mağazası
Ağdam rayonunda “Murad”, “Dostluq”, “Qarabağ”, “Quzanlı”, “Çinarlı”, “Ay işığı” kafeləri, Hüseynov Ədalət Soltan oğluna məxsus kafe
Yevlax rayonunda “Çinar” və “Şəhriyar” kafeləri
Balakən rayonunda “Xalanın kafesi”
Oğuz rayonunda Rzayev Zaur Fikrət oğluna və Nəbiyev Cavid Əliyusif oğluna məxsus ərzaq mağazaları
Zaqatala rayonunda Cərciyev Aydın Allah oğluna məxsus kafe
Astara rayonunda Rəhimova Ülfət Rüfət qızına məxsus “Halal” market və Hüseynov Adil Malik oğluna məxsus market
◾ Gəncə şəhərində Verdiyev Polad Əli oğluna, Rəsulov Əli Səfər oğluna, Heydərov Eşqin Hüseyn oğluna, Cəfərov Arif Rabiq oğluna, Əliyev Etibar Abbas oğluna, Əsgərov Məmməd Cəmil oğluna, Ələkbərov Rövşən Nəsib oğluna, Yusifli Razim Ziyəddin oğluna məxsus ərzaq mağazaları, “Panda”, “Yeni market”, “Şan” və “Uğur” marketlər
Şəmkir rayonunda “Balıq evi” kafesi, “Üç qardaş” ərzaq mağazası
Ağstafa rayonunda “Əriklik”, “Nəsiboğlu”, “Dostlar” kafeləri
Tovuz rayonunda Səmədov Elgün Sovet oğluna məxsus kafe
Zərdab rayonunda Əhmədov Vüqar Mirağa oğluna və Sadıqova Gülgəz Yaqut qızına məxsus ərzaq mağazaları

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Azvision.az

Teqlər: AQTA   Koronavirus