Axtarışda olan 33 nəfər saxlanılıb

Axtarışda olan 33 nəfər saxlanılıb
  15 İyul 2020    Oxunub:3028
Ötən gün ərzində törədilmiş 20 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli yeddi fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti