Karantini pozan 1043 hərəkət iştirakçısı cərimələndi

  15 İyul 2020    Oxunub : 3159
 Karantini pozan 1043 hərəkət iştirakçısı cərimələndi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən gün xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunan hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı ictimaiyyətə təqdim edib.
İdarədən Azvision.az -a bildiriblər ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, SiyəzənŞəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 14.07.2020-ci il saat 00:00-dan 15.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 894 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 147 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 1 043 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az

Teqlər: DYP