Evində narkotik əkən şəxs ələ keçdi

Evində narkotik əkən şəxs ələ keçdi
  15 İyul 2020    Oxunub:3020
Bilgəh qəsəbə sakininin evindən marixuana, həyətyanı sahəsindən isə çətənə kolu aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Bilgəh qəsəbə sakini H.Əmirovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 8 qramdan artıq marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti