Azərbaycan Ordusunun generalı şəhid olub

  14 İyul 2020    Oxunub : 6553
 Azərbaycan Ordusunun generalı şəhid olub
Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub.
Azvision.az -ın məlumatına görə, bunu Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

Onun sözlərinə görə, hazırda Tovuz istiqamətində döyüşlər davam edir.

"Bizim yüksək rütbəli zabitlərimiz əsgərin arxasında gizlənmir, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Əfsuslar olsun ki, döyüş itkisiz olmur".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Şəhid   General