Balakəndə güclü yanğın olub

  13 İyul 2020    Oxunub : 2803
Balakəndə güclü yanğın olub
Balakən rayonunun Meşəşambul kəndində güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a bildirilib ki, hadisə nəticəsində ümumi sahəsi 550 kvadratmetr olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlər (avtomobil təmiri sexi, mağaza, kafe, bərbərxana və s.) 360 kvadratmetr sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: FHN   Yanğın