Hava şəraiti 4 gün qeyri-sabit keçəcək - Xəbərdarlıq

   Hava şəraiti 4 gün qeyri-sabit keçəcək -    Xəbərdarlıq
  13 İyul 2020    Oxunub:3482
Ölkə ərazisində havanın pisləşəcəyi barədə xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, iyulun 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit keçəcək, şimşək çaxacaq, arabir yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli intensiv olacaq, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Azvision.az


Teqlər: Hava   ETSN   Yağış   Leysan  





Xəbər lenti