“Genişmiqyaslı hərbi əməliyyatlar istisna deyil” - Polad Bülbüloğlu

“Genişmiqyaslı hərbi əməliyyatlar istisna deyil” -  Polad Bülbüloğlu
  13 İyul 2020    Oxunub:4825
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iyulun 12-də sərhəddə baş verən döyüşdən sonra Bakı ilə İrəvan arasında genişmiqyaslı hərbi əməliyyatların başlaya biləcəyini istisna etməyib.
Azvision.az xəbər verir ki, bu barədə səfir “Qovorit Moskva” radiostansiyasına müsahibəsində deyib.

P.Bülbüloğlu qeyd edib ki, Azərbaycan heç vaxt ərazisinin 20 faizinin itirilməsi ilə barışmayacaq və Dağlıq Qarabağın qaytarılmasına nail olmaq niyyətindədir.

"Sizcə, on milyon əhaliyə, hərbi gücə, zəngin, inkişaf etmiş bir infrastruktura malik ölkə ərazisinin sonsuza qədər işğalda qalmasına imkan verərmi?", - deyə səfir bildirib.

O, həmçinin vurğulayıb ki, Ermənistan münaqişəni dondurmağa çalışır və danışıqlar heç bir nəticə vermir: "Nəticə verməsə, təbii ki, hərbi hərəkətlər olacaq. Ona görə də mövqeyin birdəfəlik anlaşılması lazımdır".

Eyni zamanda, Bülbüloğlu genişmiqyaslı müharibənin bütün bölgə üçün fəlakət olacağını əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti