Ukraynada 4 minə yaxın uşaq COVID-19 xəstəsidir

Ukraynada 4 minə yaxın uşaq COVID-19 xəstəsidir
  13 İyul 2020    Oxunub:2161
Ukraynada son sutka ərzində daha 612 nəfər koronavirusa yoluxub.
Azvision.az Ukrayna Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma sayı 54 min 113 nəfərə çatıb. Onlardan 3880 nəfəri uşaq, 7425-i isə tibb işçisidir.

Son sutkada pandemiya qurbanlarının sayı 15 nəfər artaraq 1398-ə yüksəlib, indiyədək 26 min 503 xəstə sağalaraq evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   virus  





Xəbər lenti