Qarabağda 148 nəfər koronavirusa yoluxdu

Qarabağda 148 nəfər koronavirusa yoluxdu
  13 İyul 2020    Oxunub:2832
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində koronavirusa yoluxanların sayı 148 nəfərə yüksəlib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, son sutka ərzində bir yeni yoluxma qeydə alınıb.

Hazırda işğal olunmuş ərazilərdə 86 nəfər təcrid olunub, 2898 test aparılıb. Koronavirusdan ölüm halı baş verməyib.

Qeyri-rəsmi məlumatlarda yoluxma sayının gizlədildiyi bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti