Narkotiklə tutuldu, başqa cinayəti üzə çıxdı

Narkotiklə tutuldu, başqa cinayəti üzə çıxdı
  13 İyul 2020    Oxunub:2321
Sabunçu rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəində rayon sakini, 1987-ci il təvəllüdlü Nicat Həsənov saxlanılıb.
Azvision.az -ın məlumatına görə, üzərinə baxış keçirilərkən ondan 0,493 qram metanfetamin aşkar edilərək götürülüb.

Ətrafında aparılan araşdırmalara zamanı məlum olub ki, o rayonun Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən yataqxanadan ev sahibinə məxsus, dəyəri 350 manat olan qızıl üzük və 1200 manatlıq məişət əşyaları oğurlayıb.

Faktla bağlı cinayət işi başlayıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti