Hindistanda bir gündə 28 mindən çox yoluxma aşkarlandı

Hindistanda bir gündə 28 mindən çox yoluxma aşkarlandı
  13 İyul 2020    Oxunub:3109
Hindistanda koronavirusa yoluxanların sayı 28,7 min nəfər artaraq 878 min 254-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, virus aşkar edilən 553 min 470 nəfər sağalıb, 23 min 174 xəstə vəfat edib.

Hindistan yoluxma sayına görə, Böyük Britaniya, İtaliya və İspaniyanı qabaqlayaraq dünyada dördüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Hindistan   virus   yoluxma  





Xəbər lenti