Koronavirusa yoluxanların sayı 13 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 13 milyonu keçdi
  13 İyul 2020    Oxunub:2420
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, virusa yoluxma sayı 13 milyon 41 min 719, pandemiya qurbanlarının sayı isə 571 min 674 nəfərə çatıb.

İndiyədək 7 milyon 588 min 125 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti