Qadına qarşı soyğunçuluq edən şəxs ələ keçdi

Qadına qarşı soyğunçuluq edən şəxs ələ keçdi
  13 İyul 2020    Oxunub:1441
Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb.
Azvision.az xəbər verir ki, hadisə iyulun 12-si saat 18 radələrində Binəqədi rayonu, Mircəlal küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs 1959-cu il təvəllüdlü qadının içərisində 150 manat pul, şəxsiyyət vəsiqəsi, bank və sağlamlıq kartı olan pul kisəsini soyğunçuluq yolu ilə talayıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1984-cü il təvəllüdlü Ramiz Mehrəliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti