Məşhur aktrisa və qızı koronavirusa yoluxub

Məşhur aktrisa və qızı koronavirusa yoluxub
  12 İyul 2020    Oxunub:4161
Hindistanlı məşhur aktrisa Ayşvariya Ray Baççan və 8 yaşlı qızı Aradhin koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, onların COVID-19 testlərinin nəticəsi pozitiv çıxıb.

Ayşvariya Rayın qayınatası, aktyor Amitabah Baççan və həyat yoldaşı Abhişek Baççan koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Baççan ailəsinin Mumbay şəhərindəki iqamətgahı bağlanıb. Orada işləyənlər iki həftəlik karantinə yerləşdirilib.

Azvision.az


Teqlər: Aktrisa   Koronavirus  





Xəbər lenti