Traktor su kanalına aşdı, 1 nəfər xilas edildi

Traktor su kanalına aşdı, 1 nəfər xilas edildi
  12 İyul 2020    Oxunub:4313
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində "Belarus" markalı traktorun su kanalına aşması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Ağsu  





Xəbər lenti