Qazaxda “Opel” yük maşını ilə toqquşdu

Qazaxda “Opel” yük maşını ilə toqquşdu
  12 İyul 2020    Oxunub:4087
Qazax rayonunun Yuxarı Salahlı kəndində “Opel” markalı minik avtomobili “Shacman” markalı yük maşını ilə toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Qəza   Qazax   Maşın  





Xəbər lenti