Qırğızıstanda 1656 tibb işçisində virus aşkarlandı

  12 İyul 2020    Oxunub : 2897
Qırğızıstanda 1656 tibb işçisində virus aşkarlandı
Qırğızıstanda son sutka ərzində koronavirusa 719 yeni yoluxma qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildrilib ki, Qırğızıstanda virusa yoluxanların sayı 10 min 629 nəfərə çatıb. Onlardan 1656-sı tibb işçisidir.

Azvision.az

Teqlər: Koronavirus