Tramp ABŞ-ın NATO-dan çıxmasını istəmir

 Tramp ABŞ-ın NATO-dan çıxmasını istəmir
  11 İyul 2020    Oxunub:3731
ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxmasını istəmədiyini, ancaq müttəfiqlərin ödəniş etməli olduğunu deyib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ lideri "Washington Post"a müsahibəsində bildirib.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton öz xatirələr kitabında qeyd edib ki, Tramp NATO-nun 2018-ci il zirvə görüşündə alyans liderlərini ÜDM-in 2% həddində rüsum ödəmədikləri halda, qurumdan çıxacağı ilə hədələmək istəyib.

Onun sözlərinə görə, bundan sonra dövlət katibi Mayk Pompeo ilə NATO-dan ayrılmaq təhlükəsi barədə danışıblar və ABŞ-ın rüsumunu azaltmaq şərtilə, Trampı ittifaqda qalmağa inandırmaq qərarına gəliblər. Nəticədə Tramp Boltonun tövsiyələrini qəbul edib.

ABŞ lideri NATO-ya dəstək verəcəyini deyib, lakin hələ də kiçik müdafiə büdcələri olan ittifaq ölkələrini tənqid edib.

Tramp müsahibəsində ÜDM-in 2% -nin də çox az olduğunu vurğulayıb: "Demək olar ki, heç bir məbləğ ödəməyənlər var idi, indi ödəyirlər. Mənə vacib bir sual verdilər: "Siz tərk edərdiniz ..." və mən cavab verdim: "bəli, tərk edərdim ". Əgər belə deməsən, onlar ödəniş etməyəcəklər”.

Trampın həqiqətən də ABŞ-ın NATO-dan çıxmasını istəməsinə gəlincə, o, mənfi cavab verib: "Xeyr, çıxmaq istəmirəm. Ancaq istəyirəm ki, paylarını ədalətli şəkildə ödəsinlər”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti