Almaniyada yoluxma sayı 199 minə çatır

Almaniyada yoluxma sayı 199 minə çatır
  11 İyul 2020    Oxunub:3515
Almaniyada son sutka ərzində daha 378 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, bir gündə 8 nəfər infeksiyadan ölüb. Pandemiya qurbanlarının ümumi sayı 9060, ölkə üzrə virusa yoluxanların sayı isə 198 556 nəfərə çatıb.

Ən çox yoluxma halı Bavariya (49 184), Şimali Reyn-Vestfaliya (44 788) və Baden-Vürttemberq (36 041) bölgələrində qeydə alınıb. Paytaxt Berlində indiyədək 8617 yoluxma aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti