Ermənistanda koronavirus fəlakəti - “Vəziyyət həqiqətən dəhşətlidir”

Ermənistanda koronavirus fəlakəti -   “Vəziyyət həqiqətən dəhşətlidir”
  10 İyul 2020    Oxunub:4289
Ermənistanda koronavirusla bağlı vəziyyət fəlakətlidir. Kiçik bir ölkədə qeydə alınan rəqəmlər utancvericidir.
Azvision.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasının lideri, iş adamı Qaqik Tsarukyan bildirib.

Onun sözlərinə görə, ölkədə səhvin ardınca səhv edilir: “Əgər hələ faciə baş verməyibsə, həkimlərə və bir-birinə kömək edən əhaliyə təşəkkür etməliyik”.

Partiya lideri deyib ki, səhiyyə naziri Arsen Torosyan yüzlərlə insanın ölümündə günahkardır və bunun sonu görünmür.

“Bütün bunlardan sonra sənin hələ də "Facebook"da ucuz zarafatlara vaxtın və həvəsin var?! Və bu tamamilə fərqli bir hekayədir".

Onun sözlərinə görə, Torosyanın yüzlərlə erməninin həyatı bahasına başa gələn bütün səhvlərini təhlil edəcək xüsusi qrup yaradılacaq.

Bundan əlavə, Tsarukyan hakimiyyəti ondan qorxmamağa çağırıb: "Tsarukyandan qorxmaq lazım deyil. İşsiz və maaşsız yüz minlərlə insandan, uşaqlarına yemək, paltar və dərman almaq üçün pul tapmayan valideynlərdən qorxmaq lazımdır. Evlərini bank faizindən itirən yüz minlərlə insan, müflis olmuş minlərlə kiçik və orta sahibkardan qorxmaq lazımdır. Bu, həqiqətən dəhşətlidir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: səhiyyənaziriArsenTorosyan  





Xəbər lenti