Kürdə batanlardan birinin meyiti tapıldı - YENİLƏNİB

 Kürdə batanlardan birinin meyiti tapıldı -  YENİLƏNİB
  10 İyul 2020    Oxunub:6202
Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində batan şəxslərdən birinin meyiti tapılıb.
Azvision.az xəbər verir ki, 14 yaşlı Nahidə İsmayılovanın meyiti xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb.

Hazırda digər iki nəfərin axtarışları davam etdirilir.

***
(20:17)

Kürün Zərdab rayonundan keçən hissəsində 3 nəfər batıb.

Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Kür  





Xəbər lenti