Bakıda müğənni karantini pozdu

   Bakıda müğənni karantini pozdu
  09 İyul 2020    Oxunub:3867
Binəqədi rayonu Abay Kunanbayev kuçəsi, "Bolluq" bazarının yanında qanunsuz olaraq müştərilərə yerində xidmət göstərən paltar mağazası aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, Əlahiddə Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı mağaza sahibi, orada olan satıcılar və müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar və ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5ci Polis Bölməsinə aparılıblar.

Obyektdə karantin qaydalarını pozaraq qapalı məkanda olan şəxslərdən biri də Nəfəs adlı müğənnidir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti