Hindistan qlobal dirçəlişdə aparıcı rol oynayır

  09 İyul 2020    Oxunub : 2143
Hindistan qlobal dirçəlişdə aparıcı rol oynayır
Hindistan qlobal dirçəlişdə aparıcı rol oynayacaq. Bu, iki amillə sıx bağlıdır. Birincisi hindistanlı məharəti, ikincisi isə ölkənin islahat və bərpa bacarığıdır.
Azvision.az əbər verir ki, bu barədə Hindistanın Baş Nazir Şri Narendra Modi "Qlobal Hindistan" həftəsinin açılışında video-konfrans vasitəsilə çıxışı zamanı deyib.

O, ölkəsinin gücünün, xüsusilə də Hindistan texnologiya sənayesi və mütəxəssislərinin verdiyi töhfənin bütün dünyada son dərəcə yaxşı tanındığını əlavə edib.

Baş Nazir Hindistanı töhfə verməyə can atan talant güc mərkəzi kimi xarakterizə edib və vurğulayıb ki, hindistanlılar təbiətən islahatçılardır və tarix Hindistanın hər problemin, istər sosial, istərsə də iqtisadi olsun, öhdəsindən gəldiyini göstərib.

Modi son altı il ərzində əldə olunan ümumi maliyyə daxilolmaları, rekord sayda mənzil və infrastruktur tikintisi, ticarətin asanlaşdırılması, əmtəə və xidmət vergisi də daxil olmaqla, geniş vergi islahatları kimi nailiyyətləri sadalayıb.

Baş Nazir iqtisadi bərpanın göstəricilərinin artıq məğlubedilməz Hindistan ruhunun təsiri ilə görülə biləcəyini söyləyib. Bu gün texnologiyanın hökumətin insanlara, o cümlədən milyonlarla insana pulsuz məişət qazı, bank hesablarında nağd pul, pulsuz qida, dənli bitkiləri və s. daxil olmaqla birbaşa yardım göstərməsinə dəstək olduğunu nəzərə çatdırıb.

Ölkəsinin dünyanın ən açıq iqtisadiyyatlarından biri olduğunu və bütün transmilli şirkətləri Hindistanda iş qurmağa dəvət etdiklərini nəzərə çatdırıb. O, Hindistanı çoxlu imkanlar və fürsətlər ölkəsi olaraq xarakterizə edib.

Baş Nazir pandemiyanın ölkənin əczaçılıq sənayesinin yalnız Hindistan üçün deyil, bütün dünya üçün faydalı olduğunu bir daha göstərdiyini vurğulayıb. Hindistanın əczaçılıq sənayesi, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün dərmanların qiymətinin azaldılmasında aparıcı rol oynayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: HindistanınBaşNazirŞriNarendraModi