Paşinyanın oğlunun əsgərlik şousu başa çatdı

Paşinyanın oğlunun əsgərlik şousu başa çatdı
  09 İyul 2020    Oxunub:3507
Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində oğlu Aşot Paşinyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində qanunsuz hərbi xidməti başa vurması ilə bağlı video paylaşıb.
Azvision.az xəbər verir ki, Paşinyan oğlunun bu gün "xidməti" başa vurduğunu bildirib: "Bu gün əsgərimiz xidmətini bitirib evə dönür".

Qeyd edək ki, Paşinyan oğlunun Dağlıq Qarabağ ərazisində qanunsuz xidmət göstərməsi şousunu yaradıb. Əslində isə onun oğlunun xidmətdə olmadığı barədə məlumatlar var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti