Ukrayna distant təhsilə hazır deyil - Zelenski

  09 İyul 2020    Oxunub : 2402
Ukrayna distant təhsilə hazır deyil -  Zelenski
Ukrayna distant təhsilə hazır deyil.
Azvision.az xəbər verir ki, bu barədə ölkə rəhbəri Vladimir Zelenski bildirib.

Prezident koronavirusun ikinci dalğasının qarşısını almağa və uşaqların sentyabrın 1-dən məktəblərə gedə biləcəyinə ümid etdiyini vurğulayıb.

Bundan əvvəl, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, payızda koronavirus səbəbindən məktəblər distant təhsilə keçə bilər.

"Dünyada COVID-19-a görə nələrin baş verdi məlumdur, buna nəzarət etmək çox çətindir. Ukrayna da istisna deyil. Sentyabrdan danışarkən, prinsipcə, distant təhsilə texniki cəhətdən hazır deyilik. Bütün ölkə daxilində 3G və 4G-lərin olması lazımdır. Əlaqə həqiqətən yaxşılaşır. Lakin distant təhsilə nə qədər hazır olduğumuzu hələ bilmirəm", - deyə Zelenski əlavə edib.

Xatırladaq ki, Ukrayna Səhiyyə Nazirliyi indiyədək ölkədə 51 224 nəfərin koronavirusa yoluxduğunu, 1327 nəfərin isə bu virusdan öldüyünü açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: PrezidentVladimirZelenski