Bakıya qanunsuz sərnişin daşıyanlara 15 sutka verildi

Bakıya qanunsuz sərnişin daşıyanlara 15 sutka verildi
  09 İyul 2020    Oxunub:3150
Rayonlardan Bakıya qanunsuz sərnişin daşıması ilə məşğul olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Ağdaş rayon Yuxarı Qəsil kənd sakini Hüseynov Nicat Xaləddin oğlu özünə məxsus olan avtomobillə iyulun 7-də postlardan yayınmaqla müvafiq icazəsi olmayan şəxsləri Bakı şəhərinə gətirərkən Dövlət Yol Polisinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində saxlanılıb.

Ona İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (karantin rejimi qaydalarını pozma) maddəsi ilə 15 sutka inzibati həbs cəzası verilib.

Həmçinin Qəbələ rayon Bunud kənd sakini, 1985-ci il təvəllüdlü Ağakişiyev Əziz Gülağa oğlu da Qəbələdən paytaxta qanunsuz sərnişin daşıdığına görə 15 sutka inzibati həbslə cəzalandırılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti