İranda bir gündə koronavirusdan 221 nəfər öldü

 İranda bir gündə koronavirusdan 221 nəfər öldü
  09 İyul 2020    Oxunub:2439
İranda son sutka ərzində yeni növ koronavirusa 2079 yoluxma qeydə alınıb.
Azvision.az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, İranda indiyədək 250 min 458 nəfər virusa yoluxub, 212 min 176 xəstə sağalıb.

Son sutkada 221 nəfər olmaqla, COVID-19 qurbanlarının sayı 12 min 305-ə çatıb. Hazırda 3 334 xəstənin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SəhiyyəNazirliyi  





Xəbər lenti