Ekvadorun XİN rəhbəri istefa verdi

Ekvadorun XİN rəhbəri istefa verdi
  09 İyul 2020    Oxunub:2544
Ekvadorun Xarici İşlər naziri Xose Valensiya istefa verib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, iki il nazir vəzifəsində çalışan Valensiya qərarının ölkənin vitse-prezidenti Otto Zonnenholznerin istefası ilə əlaqəli olmadığını vurğulayıb.

"İstefam yalnız şəxsi səbəblərdən qaynaqlanır. Xarici İşlər Nazirliyinin rəhbəri kimi vəzifəmi artıq yerinə yetirdiyimi hiss edirəm", - deyə Valensiya bildirib.

O, 18 iyun 2018-ci ildən Ekvadorun Xarici İşlər naziri olub. Yeni XİN rəhbərinin Ekvadorun BMT-dəki səfiri Luis Qaleqosun təyin olunacağı gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ekvador  





Xəbər lenti