İş adamlarının qətllərini sifariş verən qubernator saxlanıldı

 İş adamlarının qətllərini sifariş verən qubernator saxlanıldı
  09 İyul 2020    Oxunub:2810
Rusiyanın Xabarovsk vilayətinin qubernatoru Sergey Furqal 2004-2005-ci illərdə Xabarovsk ərazisi və Amur bölgəsində bir sıra sahibkarların qətlini təşkil etməkdə şübhəli bilinərək tutulub.
Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko Furqalın iki və ya daha çox şəxsin öldürülməsi və digər cinayətlərdə ittiham olunduğunu bildirib.

Onun sözlərinə görə, iş üzrə cinayətkar qrupun daha dörd fəal üzvü saxlanılıb. Artıq onlara ittiham irəli sürülüb. Yaxın saatlarda Furqala da ittiham elan olunacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İstintaqKomitəsi  





Xəbər lenti