Çində son sutkanın koronavirus statistikası
Bir gündə 42 nəfər sağalaraq xəstəxanadan buraxılıb. Bütün yeni yoluxmalar ölkəyə idxal olunub.
Ümumilikdə, Çində 83 581 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 78 590 nəfər sağalıb, 357 COVID-19 xəstəsinin müalicəsi davam edir. Virusa yoluxmuş 4634 nəfər vəfat edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Çin Koronavirus Pandemiya