TƏBİB: Hazırda 317 xəstə reanimasiyadadır

  08 İyul 2020    Oxunub : 2980
    TƏBİB:    Hazırda 317 xəstə reanimasiyadadır
Azərbaycanda koronavirusla bağlı 8 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, son sutkada koronavirusa görə 7355 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 537 min 230-a çatıb.
Reanimasiyada olan xəstə sayı 317, süni tənəffüs cihazında olan xəstə sayı 59-dur.

Hazırkı dövrədək ölkəmizdə 21 min 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 13 min 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib. Aktiv xəstə sayı 8542 nəfərdir.



Azvision.az

Teqlər: TƏBİB   Koronavirus   Pandemiya