Türkiyədə daha 1041 nəfər koronavirusa yoluxdu

  08 İyul 2020    Oxunub : 2038
Türkiyədə daha 1041 nəfər koronavirusa yoluxdu
Türkiyədə son sutka ərzində 22 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1041 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5282, virusa yoluxanlar isə 208 min 938 nəfərə çatıb.

Türkiyədə indiyədək 187 min 511 xəstə (son sutkada 2219 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus   Pandemiya