190 manatın veriləcəyi ərazilərin sayı artırıldı

  08 İyul 2020    Oxunub : 3079
  190 manatın veriləcəyi ərazilərin sayı artırıldı
Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” qərarında dəyişiklik edib.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, daha 6 rayon və 3 şəhərdə koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə veriləcək.

Bu siyahıya Goranboy, Göygöl, Bərdə, Samux, SiyəzənXaçmaz rayonları, o cümlədən Mingəçevir və Şəki şəhərləri daxil edilib. Yevlax rayonu siyahıdan çıxarılıb, siyahıya yalnız Yevlax şəhəri salınıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” 23 iyun tarixli qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi nəzərdə tutulurdu.

Yeni qərarla 190 manat məbləğində bir dəfəlik ödəmə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonlarına şamil ediləcək.

Azvision.az

Teqlər: Qərar   Ödəmə