Belarusda yoluxma sayı daha 221 nəfər artdı

  08 İyul 2020    Oxunub : 2187
Belarusda yoluxma sayı daha 221 nəfər artdı
Belarusda son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 221 nəfər artaraq 64 min 224-ə çatıb.
Azvision.az bu ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bir gündə 7 nəfər vəfat edib. İndiyədək virusdan 443 xəstə ölüb. Sağalanların sayı 52 854 nəfər təşkil edir.

Bir müddət əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin koronavirus infeksiyası üzərində qələbə çaldığını bəyan etmişdi.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: AleksandrLukaşenko