“Mercedes”in vurduğu piyada ölüb

  08 İyul 2020    Oxunub : 2045
“Mercedes”in vurduğu piyada ölüb
Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Nərimanov rayonunun Z.Bünyadov prospektində yolu keçən Qusar rayon sakini Cavid Ağaməmmədov Bakı şəhər sakini A.Səmədzadənin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza