Gürcüstan 5 ölkə ilə uçuşları bərpa etməyə hazırlaşır

  08 İyul 2020    Oxunub : 2460
Gürcüstan 5 ölkə ilə uçuşları bərpa etməyə hazırlaşır
Gürcüstan hökuməti pandemiya şəraitində beş ölkə - Almaniya, Fransa, Latviya, Litva və Estoniya ilə birbaşa uçuşları bərpa etməyə və sərhədləri açmağa hazır olduğunu bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazirin nümayəndəsi İrakli Çikovani deyib. Onun sözlərinə görə, bu ölkələrdən gələn qonaqlar 14 günlük karantinə alınmayacaqlar.

Çikovani qeyd edilən ölkələrlə birbaşa hava əlaqəsinin nə vaxt bərpa ediləcəyinin hələlik məlum olmadığını, hökumətin müxtəlif aviaşirkətlərlə danışıqlar apardığını söyləyib.

O vurğulayıb ki, yalnız "Lufthansa" ilə avqust ayından etibarən Almaniyaya həftədə iki uçuş həyata keçirmək barədə razılıq əldə olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Gürcüstan