Maşından oğurluq edən şəxs ələ keçdi

  08 İyul 2020    Oxunub : 1446
Maşından oğurluq edən şəxs ələ keçdi
Bakıda avtomobildən oğurluq hadisəsi baş verib.
Azvision.az -ın məlumatına görə, hadisə Binəqədi rayonu Rəsulzadə küçəsində qeydə alınıb. Qəsəbə sakini Ü. Vəliyevə məxsus “Toyata” markalı avtomobildən 325 manat pul, 1890 manat dəyərində video registrator, 800 manat dəyərində mobil telefon, eynək və geyim əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Məsud İbrahimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN