Tramp ÜST-dən çıxmaq barədə Konqresə bildiriş göndərdi
“Konqres pandemiyanın qaynar vaxtında Prezidentin ABŞ-ı ÜST-dən rəsmən çıxarması barədə bildiriş alıb", - deyə Menendes bildirib.
Onun sözlərinə görə, Trampın bu addımı amerikalıların həyatını və maraqlarını qorumayacaq. Prezidentin xaotik və tutarsız hərəkətləri nəticəsində Amerika "xəstə və tək qalacaq".
BMT Baş katibinə də bu haqda məlumat verilib, qərar 6 iyul 2021-ci ildə qüvvəyə minəcək.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: BMTBaşkatibi