Almaniyada yoluxma sayı 197 mini ötdü

Almaniyada yoluxma sayı 197 mini ötdü
  08 İyul 2020    Oxunub:3004
Son sutkada Almaniya Federativ Respublikasında (AFR) koronavirusdan daha 12 nəfər ölüb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilir ki, son bir gündə Almaniyada koronavirusa 397 yeni yoluxma qeydə alınıb.

AFR-də ümumilikdə COVID-19-a 197 341 yoluxma aşkarlanıb, epidemiyanın başlanğıcından koronavirusdan 9036 pasiyent ölüb. Bu günədək ölkədə 183,1 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti