Polisin qanuni tələbinə əməl etməyən şəxs tutuldu

Polisin qanuni tələbinə əməl etməyən şəxs tutuldu
  08 İyul 2020    Oxunub:2991
Paytaxtın Sabuçu rayonunda xüsusi karantin rejimi qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxs saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Tural Abbasov narkotik vasitələrin təsiri altında münaqişəli vəziyyət yaratdığına görə onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci maddələri ilə 40 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Azvision.az


Teqlər: Polis  





Xəbər lenti