Avtomobil təmiri sexində 2 maşın yandı

  07 İyul 2020    Oxunub : 2527
Avtomobil təmiri sexində 2 maşın yandı
Bakı şəhərinin Binəqədi rayonunda avtomobil təmiri sexində “BMW” və "Volkswagen" markalı iki minik avtomobilinin yük hissəsi və salonu yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın