Kürdə batan yeniyetmənin cəsədi tapıldı

  07 İyul 2020    Oxunub : 2385
Kürdə batan yeniyetmənin cəsədi tapıldı
Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Baxşıyev Salam İbrahimxəlil oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, S.Baxşıyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az

Teqlər: FHN