Karantini pozan taksi sürücüsü saxlanıldı

Karantini pozan taksi sürücüsü saxlanıldı
  07 İyul 2020    Oxunub:2692
Paytaxtın Nizami rayonunda xüsusi karantin qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsində toplanmış matereallar rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535 və 211-ci maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Azvision.az


Teqlər: Polis   Taksi  





Xəbər lenti